Ərdoğan Afrindəki son vəziyyət barədə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatlarının gedişatı ilə bağlı son məlumatları açıqlayıb.

Metbuat.az-ın məlumatına görə,Ərdoğan bildirib ki, Afrində 540 kvadrat km ərazi terrorçulardan təmizlənib.

Onun sözlərinə görə, strateji cəhətdən önəmli olan yükəskliklər alınıb və əməliyyatların çətin mərhələsi artıq geridə qalıb:

"Heç kim bizim qarşısımızı ala bilməz. Bizə mane olmaq istəyənlərə layiqli cavab verəcəyik. Afrindən sonrakı hədəfMənbicdir."

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR