Tovuzda inşa olunan Bayraq muzeyi tezliklə istifadəyə veriləcək

Tovuzda inşa olunan Bayraq muzeyi tezliklə istifadəyə veriləcək
05:53 2 Mart 2018
Ölkə mətbuatı
A- A+

Tovuzda Bayraq muzeyi inşa olunur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muzeyin tikintisi cari ilin iyulunda yekunlaşacaq.

Orijinal layihə əsasında inşa edilən Bayraq muzeyində zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin xəritələri, bayraqları və dövlət nişanları nümayiş etdiriləcək. Muzeydə, həmçinin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qəbul olunan dövlət atributları, eləcə də Konstitusiya mətnləri və digər mühüm tarixi sənədlər, fotolar və milli geyimlər sərgilənəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/232963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR