Türkiyə ordusunun 8 əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Martın 1-nə olan məlumata görə, PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı keçirilən əməliyyat çərçivəsində məhv edilən terrorçuların sayı 2222 nəfər olub. Ötən gün zərərsizləşdirilən terrorçuların sayı isə 23 nəfər olub.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR