ABŞ-da xəstəxanaya basqın (FOTO)

ABŞ-da xəstəxanaya basqın (FOTO)
08:51 11 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ–ın Texas ştatının Tombal şəhərində naməlum silahlı xəstəxanaya basqın edib.

ANS PRESS-in məlumatına görə, "CBS" kanalının mənnbələrinə istinadən yaydığı xəbəri polis təsdiqləyib.

Hazırda girovların sayı barədə dəqiq məlumat yoxdur. "PzFeed" nəşri girovların sayının iki olduğunu bildirsə də xəbər təsdiqini tapmayıb.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib.

Qeyd edək ki, daha əvvəl silahlı şəxsin Tombal şəhərində tibbi mərkəzə girməsi barədə xəbər verilmişdi.

Hadisənin təfərrüatları gün ərzində açıqlanacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR