Bakıya gələn sərnişinin çantasından ov bıçaqları çıxdı - DGK

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dəhşətli yanğının baş verdiyi Narkoloji Mərkəzdən görüntülər - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR