Maaş artımı nə qədər adama şamil olunacaq? – Nazir açıqladı

“Təhsil, səhiyyə, sosial təminat, elm və elmi tədqiqat müəssisələrində çalışan, əməkhaqları dövlət büdcəsindən maliyyələşən bütün vətəndaşlarımızın maaşları martın 1-dən 10 faiz artırılıb. Maaş artımı bu 4 kateqoriya üzrə, ümumilikdə, təqribən 355 min nəfərə şamil olunacaq”.

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərində vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlaması zamanı deyib. Nazirin sözlərinə görə, bu şəxslərdən təxminən 200 min nəfəri təhsil, 140 min nəfəri səhiyyə, 13 min nəfəri elmi- elmi tədqiqat, 2 min nəfəri isə sosial təminat müəssisələrində çalışanlardır.

Nazir bildirib ki, maaşı artırılan işçilərin əməkhaqlarının qarşıdakı 10 ay ərzində artımları üçün dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: ““Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir. Bütün bu işlər əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR