Gəncədə iki qəzada 6 nəfər yaralandı

Gəncədə iki qəzada 6 nəfər yaralandı
08:52 11 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə baş verən iki müxtəlif qəzada 6 nəfər xəsarət alıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gecə Gəncə şəhərində iki müxtəlif yol qəza hadisəsi baş verib. Qəzalar zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlk yol qəza hadisəsi saat 20:15 radələrində Gəncə şəhərinin Bakı istiqamətindən girişində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "VAZ 2107"nin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, Gəncə sakini - 52 yaşlı Sərxan Ələkbərov və Goranboy sakinləri - 21 yaşlı Azad Əhmədov, 50 yaşlı Ələkbər Ələkbərov, eləcə də 24 yaşlı Eşqin Ələkbərov müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Şahin Quliyev, həkim: "Şöbəyə avtoqəza nəticəsində 4 nəfər xəstə daxil olub. Onların xəsarətləri müxtəlifdir. Hər biri ayrı-ayrılıqda rentgen müayinədən keçirilib. Səhhətlərində ciddi problemlər aşkarlanmadığından ambulator müalicəyə buraxılıblar".

Daha bir yol qəza hadisəsi isə Gülüstan qəsəbəsində qeydə alınıb. İki VAZ markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü - 32 yaşlı Malik Ağakişyev, 47 yaşlı Mahir Məmmədəliyev - ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra Məmmədəliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşdırılmış xəstəxanalardan birinə köçürülüb. Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR