Ermənistanın yeni prezidenti seçildi - SON DƏQİQƏ

Bu gün Ermənistanda ilk dəfə Parlamentdə ölkə prezidentinin seçilməsi üçün səsvermə keçirilib.

Metbuat.az-ın məlumatına görə, Ermənistan prezidentliyinə yeganə namizəd Armen Sarkisyan olub. Bir müddət öncə hazırki prezident Serj Sarkisyan bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.

Prezidentliyə namizədliyin qeydə alınması üçün parlamentin deputatlarının ¼-nin səsi lazımdır. “Çarukyan” bloku öz namizədini irəli sürməyib. “Çıxış” alyansının isə parlamentdə kifayət qədər deputatı yoxdur.

Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan ölkənin 4-cü prezidenti seçilib. Məlumata görə, parlamentdə onun namizədliyinin lehinə 90, əleyhinə isə 10 nəfər səs verib.

Qeyd edək ki, builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçib. Ermənistan Konstitusiyasında edilən dəyişikliklərə əsasən, bu ilin aprel ayında etibarən ölkə tamamilə parlament idarəetmə formasına keçəcək.

Sabah Ermənistanda prezident seçiləcək - Kim seçilə bilər? - Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR