Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.
Metbuat.az-ın məlumatına görə, məktubun mətni Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.
“Yanğın zamanı ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayırıq. Gürcüstan Azərbaycanın bu çətin anlarında onun yanındadır”,- deyə məktubda qeyd olunub.
Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib - Oxumaq üçün tıkla