Bu insanı digərlərindən fərqləndirən iki üzünün olmasıdır - VİDEO / FOTOLAR

Kimilərinə görə zadəgan nəslindən, kimilərinə görə isə adi kəndli olan Edvard Mordakenin 1800-cü illərdə yaşadığı deyilir. Mordakeni digər insanlardan fərqləndirən səbəb onun iki üzünün olması idi.

Metbuat.az-ın məlumatına görə, Edvardın bu özəlliyi onu dünyadan təcrid edib. Qorxulu görünüşü olduğu üçün heç kim ona yaxınlaşmayıb. Boynundakı üzü daha qorxulu edən isə Edvardın gülərkən ağlaması, ağlarkən isə gülməsi olub. Gündüzləri sərt şəkildə olan bu üz, gecələri bir ilan kimi Edvarda qorxuducu şeylər danışıb. Müalicə olmaq üçün həkimlərə müraciət etməsinə baxmayaraq, heç kim onu boynuna götürməyib. Digər üzünə dözə bilməyən Edvar Mordake 23 yaşında özünü asaraq intihar edib. Özündən sonra isə sənətçilərə və ssenaristlərə ilham olacaq hekayə buraxıb.

Tom Vayts "Poor Edward" mahnısını Edvard Mordakenə həsr edib. Bundan əlavə "American Horror Story"də ona yer verilib. "Harry Potter"in yazıçısı J.K Rowling "Fəlsəfə daşı"nda "Woldemord"u başının arxasında yaşadan professor "Quirrell" obrazını yaradarkən də Edvard Mordakedən ilhamlanmışdı.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR