Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var

"Diplomatik nümayəndəliklərdə qeydiyyatda olanlar daxil olmaqla Azərbaycanda 5 milyon 309 min 434 seçici var".

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri komissiyanın bu gün keçirilən iclasında bildirib ki, seçilərin 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir.

Onun sözlərinə görə, ölkə üzrə ən yaşlı seçici Bərdə rayonunun 94 saylı seçki dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə 1900-cü il təvəllüdlü 66 saylı Biləsuvar dairə seçki komissiyasının 23 saylı məntəqəsininin seçicisi Qurbanov Səttar Həsəm oğludur.

MSK sədri qeyd edib ki, ölkədə 337870 nəfər qaçqın və məcburi köçkün seçici var.

90 saniyə ərzində baş verdi - Axtarışlar başlandı / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR