Göygöldə gənc adamı qətlə yetirdilər

Göygöldə gənc adamı qətlə yetirdilər
08:57 11 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə 25-30 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün axşam saatlarında Göygöl rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hələlik soyadı məlum olmayan Ülvi adlı şəxs mübahisə zamanı çoxsaylı bıçaq zərbələri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib. Hələlik gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hazırda polis və prokurorluq əməkdaşları həmin şəxsin müəyən edilib saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR