Seçicilərin məlumatlandırılması ilə bağlı

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı təsdiq edilib.

Metbuat.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq.

Daha sonra iclasda prezidentliyə namizədliyi təsdiq edilmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Bakının iki rayonunda 50 dayanacaq quraşdırıldı - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR