Qazaxıstan prezidenti İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan prezidenti Bakı şəhərində baş verən yanğın nəticəsində çoxsaylı insan ölümü ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin saytı məlumat yayıb.

"Mən qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanların tezliklə sağalmasını diləyirəm", - deyə Nazarbayevin başsağlığı teleqramında bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

Yolda gedərkən tapdığı daşın içərisindən elə şey çıxdı ki... - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR