Qaçaq ət kəsimi ilə məşğul olan qəssab - "Evdə qovurma edəcəkdim"

Türkiyənin Ərzurum şəhərində polis qaçaq ətlərin saxlandığı anbara basqın edib.

Metbuat.az xəbər verir ki, Mərkəz Yakutiyə rayonu Konqre küçəsi Əlipaşa məhəlləsində yerləşən anbara basqın zamanı polis oradan 2 ton ət, 3 ton içalat tapıb.

Mehmet Kurt adlı qəssab ətlərin qaçaq yollarla kəsilmədiyini bildirib:

"Bu ətlərdən biri mənimdir, evdə aparıb qovurma edəcəkdim. İstədiyiniz əti götürüb yoxlayın, hər hansı problem olsa, məhv edin. Buyurun".

Polis anbarda apardığı araşdırmaın ardından sağlıqsız vəziyyətdə tapılan ətlərə əl qoyub. Qida Kənd Təsərrüfatı və Heyvandarlıq Müdirliyi əməkdaşları ətlərdən nümunə alaraq araşdırmaq üçün labaratoriyaya göndərib.

Qaçaq ət kəsimi ilə məşğul olduğu məlum olan Mehmet Kurt haqqında cinayət işi açılıb, anbar möhürlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR