Uşağın qeyri-adi bacarığı var - Çoxrəqəmli ədədləri vurur, bölür, cavabları hesablayır - VİDEO

Ucar rayonundan olan 2 -ci sinif şagirdi qeyri-adi bacarığa malikdir. O, çoxrəqəmli ədədləri üzərindəki vurma və bölmə əməllərini rahatlıqla yerinə yetirir. Bunlardan əlavə balaca oglan məntiqi məsələlər, krassvordlar da tərtib edir.

Metbuat.az Xəzər Xəbərə istinadla xəbər verir ki, çoxrəqəmli ədədləri vurur, bölür, cavabları hesablayır. 8 yaşlı uşaq qeyri-adi bacarığa sahibdir.

Ucarın Bərgüşad kəndində ikinci sinif şagirdi Məhəmməd Cabbarlıya dərslərini hazırlamaqda ixtisasca müəllim olan babası yaxından kömək edirmiş.Onun bu istedadını da ilk dəfə babası kəşf edib. O, görüb ki, uşaq vurma əməllərini rahatlıqla yerinə yetirir. Həm də yuxarı siniflərə uygun olan tapşırıqları çox asanlıqla həll edir.

Məktəbə getməzdən əvvəl Məhəmmədin bu bacarığı görən babası ona bir çox riyazı biliklərin sirrlərini öyrədib.Uşaq da bu bacarığını daha da artırıb.

Məhəmməd deyilən ədədləri lövhədə yazaraq şifahi hesablama aparır.

Bütün bunlardan əlavə balaca Məhəmməd məntiqi məsələlər, krassvordlar tərtib edir.Məhəmmədin indi ən böyük arzusu gələcəkdə təhsilini uğurla davam etdirməkdir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR