Təzyiqi yüksək olan şəxslər, BUNU EDİN! - Ayağınızı isti suya qoyun və...

Yüksək təzyiq insan orqanizmində ciddi fəsadlara, hətta ölümə belə səbəb ola bilər.

Bu səbəblə, 20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Hipertenziya diaqnozu qoyulan şəxslər isə təzyiqlərini daha tez-tez müayinə etdirməli və həkimin məsləhət gördüyü dərmanlarla təzyiqlərini normada saxlamalıdırlar.

Təzyiqi qalxan (enən) şəxslər təcili yardım gələnə qədər ev şəraitində ilkin tibbi yardım olaraq nələr etməlidirlər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən terapevt Leyla Əliyeva bildirib ki, belə halların yaşanmaması üçün həmin insanlar həkimin təyin etdiyi dərmanı hər gün qəbul eləməlidir:

“Arterial təzyiqi yüksək olan adamlar bunu bildikləri üçün həkimə müraciət edib, dərman qəbul edirlər. Amma təzyiq qalxıb, əl altında dərman yoxdursa, insanlar belə məqamlarda təcili tibbi yardım çağırırlar. Adətən təcili yardım maşını tez gəlir. Təcili yardım maşını çağırılan yerdən uzaq olarsa, maşın gələnə qədər həmin şəxs ayaqlarını isti suya qoysun və uzanmasın. Ayağı isti suya qoyan zaman təzyiq nisbətən enir. Bu səbəblə məsləhət görülür. Uzanan zaman beyinə daha çox qan getdiyindən, təzyiqi olan şəxslərə uzanmaqları məsləhət görülmür. Təcili yardım gələnə kimi xəstənin özünə edəcəyi yardım bundan ibarət olmalıdır.

Təzyiqi aşağı olan adamlar isə özlərini daim narahat hiss etdikləri üçün həkimə müraciət edib, onlara məsləhətlər verirlər. Təzyiqi aşağı düşən şəxs özünə yardım göstərə bilməz. Belə halda mütləq təcili yardımı gözləmək lazımdır. Son dövrlər təcili yardım briqadalarının sayı artdığından, onlar vaxtında hadisə yerinə özlərini çatdırırlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu pəhrizlə gündə 1 kq arıqlaya bilərsiniz – FOTOLAR – TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR