Yaponiya Papua-Yeni Qvineyaya zəlzələ ilə əlaqədar yardım edəcək

Yaponiya hökuməti fevralın 26-da Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bu ölkəyə yardım göstərilməsi barədə qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, yardımlar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) xətti ilə göstəriləcək.
Məlumatda qeyd edilir ki, Yaponiya hökuməti Papua-Yeni Qvineya dövlətinin xahişini nəzərə alaraq yaranmış humanitar problemlərin aradan qaldırılması üçün lazımi yardımı göstərəcək.
Xatırladaq ki, fevralın 26-da Papua-Yeni Qvineyanın mərkəzi hissəsində 7,5 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət dağıntılara və çoxlu sayda insanların xəsarət almasına səbəb olub. Yerli hökumətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində bu günədək 67 nəfər həlak olub, əsasən dağlıq ərazidə yerləşən təqribən 140 min nəfərə isə zərər dəyib./Azərtac

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR