Finlandiyada intiharın qarşısının alınması məqsədilə mərkəz yaradılıb

İntiharın qarşısının alınması məqsədilə martın 1-də Helsinkidə mərkəz yaradılıb.

Metbuat.az-ın məlumatına görə, məqsəd intihara meyilli olan insanlara, özünə qəsd edən və ya bunu etməyə cəhd edənlərin yaxınlarına yardım göstərməkdir.
Burada pasiyentlərə tam ödənişsiz xidmət göstərilir. Mərkəzin fəaliyyəti sosial və səhiyyə sahələri təşkilatlarına dəstək mərkəzi tərəfindən maliyyələşdirilir. Əlaqələndirmə işləri ilə Finlandiya Psixi Sağlamlıq Təşkilatı məşğul olur.

2016-cı ildə Finlandiyada 787 intihar hadisəsi qeydə alınıb. Bu, Avropa İttifaqı ölkələri üzrə orta göstərici ilə və digər şimal ölkələri ilə müqayisədə yüksək rəqəmdir. Tədqiqatlar göstərir ki, bir intihar hadisəsi nəticəsində 6-10 nəfərədək insan psixi zədə alır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR