“TurkStream”in dəniz hissəsinin inşasının 49 faizi yekunlaşıb

“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin tikintisinin 49 faizi tamamlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller deyib.

Türkiyə hökumətinin keçən ay “TurkStream” layihəsi üzrə ikinci xəttin dəniz hissəsinin tikintisi üçün icazə verdiyini xatırladan A.Miller bildirib ki, layihə heç bir problem olmadan irəliləyir. Beləliklə də, boru kəmərinin dəniz hissəsinin inşası üçün Türkiyə hökumətindən bütün lazımı icazələr alınıb.

Hazırda layihə üzrə boru kəmərinin dəniz hissəsinin inşası aparılır. İndiyədək layihə çərçivəsində boru kəmərinin Qara dənizin altında inşa edilən qoşa xəttinin ümumi uzunluğu 910 kilometrə çatıb. Dəniz hissəsinin tikintisinin 49 faizi tamamlanıb. “TurkStream” həm Türkiyə, həm də avropalı şəriklərimizə təbii qaz nəqlinin daha etibarlı şəkildə çatdırılması üçün dizayn edilib.
“Türkiyə və “Gazprom” əməkdaşlığı 30 ildir. Bu müddət ərzində türk istehlakçılara təxminən 430 milyard kubmetr təbii qaz tədarük etmişik”, - deyə A.Miller əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR