Bakıda mənzil dəhşət saçdı: 5 yaralı

Bakıda mənzil dəhşət saçdı: 5 yaralı
09:05 11 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə partlayış olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan, ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar  müvafiq  qurumlar  tərəfindən  təhqiqat  aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR