Play Store

Burkina-Fasoda Baş qərargaha hücum nəticəsində 16 nəfər həlak olub

Bu gün səhər saatlarında Burkina-Fasonun paytaxtı Uaqaduquda Baş qərargaha və Fransa səfirliyinə silahlı hücum olub. İnsidentin qurbanları haqqında təzadlı xəbərlər yayılır.

Metbuat.az xəbər verir ki, Burkina-Faso hökumətinin nümayəndəsi və informasiya naziri Remi Cancinunun məlumatına görə, səkkiz silahlı öldürülüb, yeddi hərbçi və təhlükəsizlik xidməti əməkdaşı həlak olub.

Bir qədər əvvəl France-Presse agentliyi hücum nəticəsində azı 28 nəfərin həlak olduğuna dair məlumat yaymışdı. Remi Cancinu bu xəbəri təkzib edib.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ölənlər arasında fransız yoxdur. Paris prokurorluğu terror hücumu ilə bağlı təhqiqata başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR