Mərkəzi Miçiqan Universitetinə silahlı hücum: azı iki nəfər ölüb

Martın 2-də Mərkəzi Miçiqan Universitetinə silahlı hücum olub. Miçiqan polisi Maunt-Plezant şəhərində yerləşən universitetin yataqxanasında baş verən hadisə nəticəsində azı 2 nəfərin öldüyünü bildirir.

Metbuat.az xəbər verir ki, universitet administrasiyasının “Twitter” səhifəsindəki məlumatına görə, öldürülənlər tələbə deyil və polis insidentin ailə münaqişəsi zəminində baş verdiyini ehtimal edir.

Digər zərərçəkənlər barədə məlumat yoxdur. Hücum edən tapılmayıb. Universitetin kampusu və Maunt Plezant şəhərinin böyük hissəsi polis tərəfindən mühasirəyə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR