Azərbaycan neftinin bir bareli 65 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 64,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,63 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 64,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 1-də 60,25 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 1-də 64,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,67 dollar/barel azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR