Aleksandr Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə Belarus prezidentinin saytında bildirilir.

Başsağlığında deyilir: "Belarus Respublikasında Bakıda Respublika Narkoloji Mərkəzində ölümlə nəticələnən baş vermiş yanğın barədə faciəli xəbər dərin kədər hissi ilə qarşılanıb".

Belarus prezidenti həmçinin xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR