Lukaşenko İlham Əliyevə başsağlığı verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.

“Belarus Respublikasında Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insan ölümləri ilə faciəvi yanğın xəbərini dərin kədərlə qəbul etdilər”, - deyə məlumatda bildirilir.

Belarus prezidenti yanğın nəticəsində xəsarət alanlara şəfa diləyib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR