Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR