Pirotexniki vasitələr aşkar edilib - FOTOLAR

Gömrükçülər pirotexniki vasitələr aşkar edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Metbuat.az-a daxil olan məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bəstəkar Tahir Əkbərin dəfn olunacağı yer müəyyənləşib – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR