Türkiyənin məşhur modelləri Bakıda - FOTOLAR

Dünyanın tanınmış modellərinin iştirakı ilə Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirib.


Axşam.az xəbər verir ki, Bakı Ekspo Mərkəzdə təşkil edilən tədbirdə media nümayəndələri, incəsənət adamları iştirak ediblər.

Dəfilədə Türkiyənin 40 şirkətinin məşhur modelləri türk dizaynerlərinin 2018-ci ilin yaz-yay geyimlərini nümayiş etdiriblər. Dəfilə zamanı podiuma çıxan modellər arasında Çağla Şikel, Günay Musayeva, Didem Soydan, Özge Ulusoy və başqaları yer alıblar.

Tədbirdə xalq artisti Faiq Ağayev səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR