Bakı İslam Universitetinin uğuru

Bakı İslam Universitetinin uğuru
09:11 11 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı İslam Universiteti respublikamız üçün təhsil və elm sahəsində əhəmiyyətli bir uğura imza atıb.

ANS PRESS-in məlumatına görə, universitet artıq yeni ildən Ukrayna təhsil və elm Nazirliyi tərəfindən əhəmiyyətli elmi tədbirlər sırasına daxil edilən V.Dalya adına Şərqi Ukrayna Milli Universitetinin təşəbbüsü ilə ildə iki dəfə təşkil olunan beynəlxalq elmi konfransların təşkilatçısı və həmtəsisçisi qismində çıxış edəcək.

Nazirliyin qərarına və əməkdaşlıq müqavilələrinə əsasən beynəlxalq elmi konfransın təşkilatçıları Ukrayna, Rusiya, Polşa, Serbiya və Azərbaycandan olan ali təhsil müəssisələridir. Konfransların elmi istiqamətlərini din, dinşünaslıq, mədəniyyətşünaslıq, fəlsəfə, sosiologiya, politologiya, dövlət idarəçiliyi əhatə edir. Konfranslarda əldə olunan elmi nəticələr isə həm MDB, həm də bir sıra Avropa dövlətlərində mövcud olan elmi kitabxanalara göndəriləcəkdir. Ukrayna nümayəndələrindən verilən məlumata görə gələcəkdə bu layihəyə Çexiya və Bolqarıstan ali təhsil müəssisələri də qoşulmaq niyyətindədirlər.

Beş dövlət arasında təhsil və elm sahəsində Azərbaycanı bu layihədə təmsil edən Bakı İslam Universitetinin təşkilatçılığı ilə yanaşı universitetin rektoru Hacı Sabir Həsənli redaksiya heyətinin üzvü və dinşünaslıq istiqaməti üzrə ekspert seçilmişdir. Bu konfransların Azərbaycan üzrə koordinatoru isə universitetin ən fəal gənc kadrlarından biri, “ictimai fənlər” kafedrasının müdiri Hacı Elvin Talışınski təyin olunmuşdur.

Qeyd edək ki, gənc olmasına baxmayaraq “ictimai fənlər” kafedrasının müdiri vəzifəsini tutan Hacı Elvin Talışınski xaricdə təşkil olunan bir neçə beynəlxalq elmi müsabiqələrin qalibi və laureatı, 50-dən çox elmi məqalənin və Almaniyada nəşr edilmiş monoqrafiyanın müəllifidir.

Təbii ki, bütün bunlar ali təhsil müəssisəsinin Azərbaycan təhsili və elminin inkişafı üçün göstərilən zəhmətinin nəticəsi və respublikamızın uğurudur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=318996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR