İspaniyanın qadın jurnalistləri media sahəsində kişi hegemonluğuna

İspaniyada 3600 qadın jurnalist KİV-də çalışanlar arasında cinsi ayrı-seçkiliyə və kişi hegemonluğuna etiraz bəyanatı imzalayıb.

Metbuat.az xəbər verir ki, İspaniyanın ən tanınmış qadın jurnalistlərindən olan Anhels Barselo, Rosa Mariya Kalaf, Susana Qriso və başqalarının da imzaladığı bəyanatda KİV-lərdə çalışan qadınların kişilərdən az məvacib alması, onların karyera pillələrində irəliləməsinin daha çətin olması, müvəqqəti müqavilə ilə çalışan jurnalistlər arasında qadınların çoxluq təşkil etməsi və başqa problemlərə diqqət çəkilir.

Bəyanatın martın 8-də Madridin Callao meydanında keçiriləcək feministlərin mitinqində oxunması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR