Azərbaycanlılar Moskvada keçirilən Putinə dəstək aksiyasında

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər.

Metbuat.az-ın məlumatına görə, paytaxtın "Lujniki" stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.

Diaspor nümayəndələrimiz və AMOR-un gənc fəalları əllərində Azərbaycan bayraqları və "Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir" şüarı yazılan plakatlar qaldıraraq Rusiya azərbaycanlılarının prezidentliyə namizəd Vladimir Putinə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, bu gün "Lujniki" stadionunda Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyası keçirilib. Aksiyada 130 mindən çox insan iştirak edib./ Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR