Ruslar bizdən qorxmur -

2016-cı ildə keçirilən prezident seçkilərinə “müdaxiləyə” Vaşinqtonun cavab tədbirləri “Amerika düşmənlərinə” heç bir “dayandırıcı effekt” göstərmədi.

Metbuat.az xəbər verir ki, bunu ABŞ quru qoşunları kiberkomandanlığının rəhbəri general-leytenant Pol Nakasone deyib. O, əsasən seçki kampaniyası zamanı sosial şəbəkələrdə “dezinformasiya yaydığını” iddia etdiyi Rusiyanı vurğulayıb.

“Onlar (ruslar) düşünürlər ki, onlarla bağlı heç bir ciddi şey baş verməyəcək. Onlar bizdən qorxmur”, - deyə general Senatdakı dinləmələrdə bildirib.

Nakasone, həmçinin Rusiyanı ABŞ-ın kibersahədə texnoloji cəhətdən ən çox inkişaf edən düşməni adlandırıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Agentliyinin başçısı postuna Pol Nakasonenin namizədliyini irəli sürüb. Əgər Senat onun namizədliyini dəstəkləsə, general-leytenant, eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına da başçılıq edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR