İsrailin baş naziri polis tərəfindən

İsrail polisi ölkənin ən böyük telekommunikasiya şirkəti "Bezeq"in də daxil olduğu korrupsiya iddialarına görə ilk dəfə baş nazir Benyamin Netanyahunu dindirib.

Metbuat.az-ın məlumatına görə, Netanyahunun dindirilməsi onun iqamətgahında baş tutub. Baş nazirin həyat yoldaşı Sara isə başqa yerdə sorğulanıb. Polis iddia edir ki, "Bezeq" Telekom korporasiyası şirkət lehinə qərarlar verməsi müqabilində İsrailin baş naziri və həyat yoldaşı haqqında müsbət xəbərlər paylaşıblar.

Netanyahu digər rüşvət iddialarına görə də ittiham edilir. Lakin hökumət başçısı bütün ittihamları rədd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR