Play Store

Almaniya ABŞ-ı hədələdi - Ticarət müharibəsi baş verə bilər

ABŞ prezidenti Donald Trampla Almaniyanın Xarici İşlər naziri Qabriel Ziqmar arasında telefon danışığı olub.

Metbuat.az-ın məlumatına görə,Almaniyalı diplomat "Ağ ev" rəhbərinin polad və alüminium idxalına əlavə gömrük vergisi tətbiq etməsi barədə qərarını narahatlıqla qarşılayıb.O bildirib ki, bu addım Avropa ölkələri ilə Birləşmiş Ştatları arasında ticarət müharibəsinə səbəb ola bilər.

Çünki belə qərarlar Avropa ölkələrinin ticarət maraqlarına ciddi zərbə vurur. "Ağ ev" rəhbəri isə daxili bazarın inkişafı naminə belə qərar verdiyini vurğulayaraq, geri addım atmayacağını ifadə edib.

Məlumat üçün qeyd edək ki, ötən il Almaniya Birləşmiş Ştatlara 111 milyard avro dəyərində məhsul ixrac edib. Onların əsas hissəsini isə polad məhsulları təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR