Bakıda kütləvi dava

Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

Metbuat.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğulu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

Hava ilə bağlı ŞAD XƏBƏR - 20 dərəcə isti olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR