Fransa polisi hər yerdə onun arvadını axtarır (FOTO)

Fransa polisi hər yerdə onun arvadını axtarır (FOTO)
09:16 11 Yanvar 2015
173 Digər
Ölkə mətbuatı
A- A+

Fransa polisi ölkədə iki gün ərzində baş verən terror hücumlarında 17 nəfəri öldürən silahlıların cinayət yoldaşlarını axtarır.

ANS PRESS-in məlumatına görə, axtarılanlardan biri supermarketdə girov əməliyyatı zamanı öldürülən Amedi Kulibalinin həyat yoldaşı Hayat Bomeddienedir.

Kulibali supermarketdə olarkən Hayat Boumeddienin əri ilə birlikdə olduğu deyilir. Polislər ərini zərərsizləşdirə bilsələr də, qadın hadisə yerindən qaça bilib. Gənc qadının da əri kimi silahlı və təhlükəli olduğu bildirilir.

Qeyd edək ki, polis iki bölgədə də yaptığı operasyonla saldırganları öldürmeyi başardı. Ancak marketteki operasyonda Amedy Coulibaly'nin eşi Hayat Boumeddiene oradan kaçmayı başardı.
Qaradərili fransız, 32 yaşlı Amedi Kulibaki dünən - 9 yanvarda Parisdə supermarketdə iyirmiyədək insanı girov götürərək Kuaşi qardaaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı terrorçu öldürülüb. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu öldürməyə fürsət tapıb.


Supermarketdə iyirmi nəfərədək insanı girov götürən fransalı terrorçu Amedi Kulibali ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib. Terrorçu zərərsizləşdirilməmişdən əvvəl jurnalistlərə önəmli açıqlamalar verib. O, "Charlie Hebdo" redaksiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini bildirib. BFM TV əməkdaşları xüsusi xidmət qrupunun əməliyyatına yarım saat qalmış cinayətkarla telefon əlaqəsi yaratmağa müvəffəq olublar. Kulibali reportyorlara açıqlamasında deyib ki, onun Fransadasakı fəaliyyətini amerikalı radikal imam Ənvər əl-Əvlaki maliyyələşdirib. Adıçəkilən imam son illərini Yəməndə yaşayıb. ABŞ 2010-cu ildə əl-Əvlakini bir nömrəli terrorçu elan etmişdi, bir ildən sonra isə Əl-Qaidə silahlılarının Yəmən hökuməti ilə qarşıdurmasında həlak olmuşdu. Amedi Kulibaki Səid və Şərif Kuaşi qardaşları ilə əlaqələri barədə konkret bunları söyləyib: "Onlar "Charlie Hebdo"ya cavabdeh idilər, mən isə polislərə".
Jurnalistlər qeyd edirlər ki, iki dəqiqə davam edən dialoq müddətindən terrorçu çox sakit olub və bu danışığa əvvəlcədən hazırlaşmış kimi bütün suallara cavab verib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR