Play Store

Futbolda 4-cü oyunçu dəyişikliyinə icazə veriləcək - Yeni qərar

Futbol Assosiasiyası Beynəlxalq Şurası matçların əlavə olunmuş vaxtında dördüncü dəyişikliyin edilməsinə icazə verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

"Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında dördüncü dəyişikliyin edilməsi məsələsinə martın16-da FİFİA-nın şurasında baxılacaq" - deyə təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, dördüncü dəyişiklikdən 2017-ci ildə Konfederasiyalar kubokunda, Portuqaliya ilə Çili arasında baş tutan yarımfinal matçında istifadə edilib.

"Qalatasaray"dan tarixi qalibiyyət - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR