İngiltərə Premyer Liqasında növbəti - YENİLİK

Növbəti mövsümdən İngiltərə Premyer Liqasında qış fasiləsi tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) ilə Premyer Liqa arasında razılıq əldə olunub. Məlumata əsasən, fevralın əvvəlindən başlayacaq fasilə azı 13 gün davam edəcək. Bu, İngiltərə Kubokunun 5-ci raund qarşılaşmalarının həftənin ortasına keçirilməsi və yenidən oyunların ləğvi hesabına gerçəkləşəcək. FA belə addımı klubların avrokuboklar, yığmanın isə beynəlxalq yarışlardakı nəticələrinin daha da yaxşılaşdırılması naminə atmağa hazırdır. Lakin assosiasiya oyunların təxirə salınması səbəbindən telekanallara kompensasiya ödəyəcək.

Qeyd edək ki, yeniliyin Çempionşipdə tətbiqi isə mümkün olmayacaq. Çünki bu yarışda 24 komanda 46 tur çıxış edir.

"Qalatasaray"dan tarixi qalibiyyət - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR