Yanacaqdaşıyan maşın 57 can aldı - FOTO

Yanacaqdaşıyan maşın 57 can aldı - FOTO
09:22 11 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Kəraçi şəhərində avtobusun yanacaqdaşıyan yük maşını ilə toqquşması nəticəsində 57 nəfər ölüb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, avtobusda qadın və uşaqlar daxil olmaqla azı 55  sərnişin olub.  Şəhərin rəsmi qurumlarının məlumatına görə, qəzaya səbəb yanacaq daşıyan yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.
 
Məlumata görə, toqquşma güclü partlayışa səbəb olub və nəticədə  hər iki avtomobil yanıb.    
 
“Bizə 57 cəsəd daxil olub. Qurbanların sayının artacağı istisna olunmur”, - deyə “Frans Press”ə  həkim Semi Camali bildirib.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR