Play Store

Tərs yola girən yol polisi rəisi - baxın cəza nə oldu?

Türkiyədə maraqlı hadisə yaşanıb.

Metbuat.az "Sabah" qəzetinə istinadən bildirir ki, Bolu Polis İdarəsində Yol Komandalar rəisi təyin olunan Məmməd Əsli həftə sonu şəxsi avtomobililə Şeypurlar Məhəlləsindəki Azadlıq Küçəsində maşın sürərkən Sənaye Peşə Liseyi yaxınlığında tərs yola girib. Ancaq bu zaman Bölgə Nəqliyyat Nəzarət Şöbəsinin idarəsindən polis rəis müavini Ziya Aksoy da regionda vəzifədə olub.

Yol hərəkət qaydalarına nəzarət etməyə borclu yol polisi rəisin qaydaları pozduğunu görüb.

Ziya Aksoy dərhal vəzifəsini yerinə yetirərək, simsiz rabitəylə regiona yaxın yol polislərinə göstəriş verərək, Mehmet Əslinin şəxsi avtomobilinin nömrəsini bildirib və "Yol Hərəkət qaydalarına uymamaq" maddəsiylə cəza yazılmasını istəyib. Polislər də əmri yerinə yetirərək, öz rəisləri olan Mehmet Əslinin maşınının nömrəsinə 108 TL cərimə yazıb.

Haqlı olaraq cərimə edildiyini söyləyən Məmməd Əsli bildirib: "Bu, mənim üçün yaxşı bir dərs oldu. Əməkdaşımız lazım olanı edib".

Tural İsmayılov/ Metbuat.az

Bunu da oxu




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR