Sabirabad sakini ehtiyatsızlıqdan

Sabirabad sakini ehtiyatsızlıqdan iki həmyerlisini güllələyib.

Metbuat.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, martın 3-də Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri Şirməmməd Əsədov və Şöhrət Babayev qırma yaraları ilə xəstəxanaya gətiriliblər.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onların “Sarı Su” adlanan gölün Qasımbəyli kəndində yerləşən hissəsində həmkəndliləri Həmid Adışovla birgə ov edərkən qayıqdan düşən zaman sonuncunun tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almaları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən H.Adışovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazının - qurbanı oldu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR