Pirotexniki vasitə aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR