Azərbaycanda yeni telekanal açılır

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ-dan Metbuat.az-a verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Dünya rusiyalı siyasətçinin saç stilindən danışır - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR