İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayırıb - SİYAHI

Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılıb.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.

Sərəncamda qeyd edilir ki, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sıra

№-si

Yaşayış məntəqəsi

Lənkəran rayonu

1

Mollakənd kəndi

2

Şovu kəndi

Şəki rayonu

1

Çayqaraqoyunlu kəndi

2

Baş Küngüt kəndi

Yevlax rayonu

1

Rüstəmli kəndi

2

Qaraməmmədli kəndi

Ağcabədi rayonu

1

Biləyən kəndi

2

Şotlanlı kəndi

Ağdaş rayonu

1

Orta Ləki kəndi

2

Aşağı Nemətabad kəndi

Ağsu rayonu

1

Nuran kəndi

Astara rayonu

1

Rinə kəndi

Beyləqan rayonu

1

Əmirzeydli kəndi

Bərdə rayonu

1

Hacıbəyli kəndi

2

Kafarlı kəndi

Cəlilabad rayonu

1

Cəlayir kəndi

Daşkəsən rayonu

1

Quşçu kəndi

2

Bayan kəndi

Gədəbəy rayonu

1

Çaldaş kəndi

2

Səbətkeçməz kəndi

Goranboy rayonu

1

Həmənli kəndi

Göyçay rayonu

1

Kürdşaban kəndi

2

Şəkili kəndi

Göygöl rayonu

1

Şəhriyar kəndi

2

Kərəmli kəndi

3

Çaykənd kəndi

Xaçmaz rayonu

1

Krasnı Xutor kəndi

İmişli rayonu

1

Aranlı kəndi

2

Qızılkənd kəndi

İsmayıllı rayonu

1

Lahıc qəsəbəsi

2

Qaraqaya kəndi

3

Gəndov kəndi

4

Namazgah kəndi

Kürdəmir rayonu

1

Qarasu kəndi

Qax rayonu

1

Meşəbaş kəndi

Qəbələ rayonu

1

Mıxlıqovaq kəndi

2

Kötüklü kəndi

Qobustan rayonu

1

Şıxzahırlı kəndi

Quba rayonu

1

Ərməki kəndi

2

Güneyməhlə kəndi

Qusar rayonu

1

Piral kəndi

2

Cibir kəndi

Lerik rayonu

1

Veri kəndi

Masallı rayonu

1

Tatyanoba kəndi

2

Güllütəpə kəndi

Neftçala rayonu

1

Ərəbqardaşbəyli kəndi

2

Cəngan kəndi

Oğuz rayonu

1

Muxas kəndi

Saatlı rayonu

1

Məzrəli kəndi

2

Azadkənd kəndi

Sabirabad rayonu

1

Yuxarı Axtaçı kəndi

2

Yastıqobu kəndi

Salyan rayonu

1

Düzənlik kəndi

2

Peyk kəndi

Siyəzən rayonu

1

Qozağacı

Şabran rayonu

1

Sumağava Qazma kəndi

2

Qorğan kəndi

Şamaxı rayonu

1

Bağırlı kəndi

2

Ovçulu kəndi

Şəmkir rayonu

1

Yeni Göyçə kəndi

2

Şəmkir şəhərinin “Sərxan” adlanan ərazisi

3

Qaracəmirli kəndində yeni massiv

Tərtər rayonu

1

Soyulan kəndi

2

Hacallı kəndi

3

Alışarlı kəndi

4

Rəcəbli kəndi

5

Kövdadıq kəndi

6

Bildirçinli kəndi

7

Umudlu kəndi

8

Aşağı Qapanlı kəndi

Tovuz rayonu

1

Hunanlar kəndi

2

Əhmədabad kəndi

Ucar rayonu

1

Ramal kəndi

2

Əlikənd kəndi

Yardımlı rayonu

1

Gavran kəndi

Zaqatala rayonu

1

Bəhmətli kəndi

2

Lahıc kəndi

Zərdab rayonu

1

Şıxbağı kəndi

2

Nəzəralılı kəndi

Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə

3 rayonda 4 qəsəbə

Ağdam rayonu

1

Ergi adlanan ərazidə salınmış qəsəbə (Ağdam, ŞuşaLaçından olan məcburi köçkünlər)

2

“Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivi (Şuşadan olan məcburi köçkünlər)

Ağcabədi rayonu

1

Taxtakörpü adlanan ərazidə salınmış qəsəbə (Laçından olan məcburi köçkünlər)

Sabirabad rayonu

1

Rüstəmli kəndinin ərazisində salınmış qəsəbə (Zəngilandan olan məcburi köçkünlər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR