Hirkan Milli Parkının ərazisində bəbirlərin görüntüləri qeydə alınıb - FOTOLAR

Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Hazırda Hirkan Milli Parkının ərazisində qeydə alınan bəbirlərin şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

Bu üsul həm arıqladır, həm də... - Yeni fitness çılğınlığı / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR