ANAMA ötən ayın statistikasını - Açıqladı

2018-ci ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1,437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,438 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına dair məlumatında bildirilir.

Bildirilir ki,əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 513,640,781 m2 (51 364.07 Ha) ərazi təmizlənmiş və 792,609 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 9 (doqquz), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 12 (on iki) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Abşeron Rayon Polis İdarəsinin, Mehdiabad Polis Şöbəsindən - 1 (bir) (cəmi 22) müraciət daxil olub. Müraciətlər əsasında 14,425 m2 ərazi təmizlənib, 995 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 996 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Gəncə, Şəmkir, Tərtər, Xızı, SumqayıtBakı şəhərində həyata keçirilib.

2018-ci ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Günün qoroskopu - Heç yerə tələsməyin - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR