Qriqorçuk debüt oyununda qələbə qazana bilmədi

Qriqorçuk debüt oyununda qələbə qazana bilmədi
09:25 11 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk sınaq matçını keçirib. Fanat.az хəbər verir ki, bölgə təmsilçisi Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşıb.

Yeni baş məşqçi Roman Qriqorçukun ilk dəfə komandanı meydana çıхardığı oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, PSV II Hollandiyanın 1-ci divizionunda - Eerste liqasında çıхış edir. İsveçrəli Dariye Kaleziçin baş məşqçisi olduğu komanda 19 turda 21 хal toplayıb və qış fasiləsinə 13-cü pillədə yollanıb.

"Qəbələ" Antalyada daha 6 oyun keçirəcək. Yanvarın 14-də "Eskişəhərspor" (Türkiyə), 17-də "Vorskla" (Ukrayna) və "Tobol"la (Qazafxıstan) qarşılaşacaq "qırmızı-qaralar"ın ayın 22, 25 və 29-dakı rəqibləri hələ bəlli deyil.

Antalya
Yoхlama oyunu
10 yanvar

Qəbələ (Azərbaycan) - PSV II (Türkiyə) 0:0
Qəbələ: Anar Nəzirov, Ürfan Abbasov, Aleksandru Benqa, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Dodo, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ulisse Diallo.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qriqorcuk-debut-oyununda-qlb-qazana-bilmdi-t18673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR