Şəhid atasını belində daşıdı - Qızılla mükafatlandırıldı / VİDEO

Türkiyənin Ordu şəhərində evində vəziyyəti pisləşən şəhid atasını qar səbəbi ilə təcili yardıma qədər belində daşıyan tibb işçisi qızılla mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, Gölköy rayonuna bağlı Kozören məhəlləsində yaşayan şəhid atası Mehmet Mərtin evində vəziyyəti pisləşib. Yaxınları dərhal təcili yardım çağırıblar.

Təcili yardımın işçilərindən Çetin Ataş qar səbəbi ilə şəhid atasını belində maşına qədər daşıyıb. Gölköy dövlət xəstəxanasına aparılan Mehmet Mərt müalicə altına alınıb.

Ordunun Gölköy podpolkovniki Tuncay Kaldırım Çetin Ataşı göstərdiyi fədakarlığa görə qızılla mükafatlandırıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR