Play Store

Restoran işçisi Oskar mükafatını oğurladı? - QALMAQAL

“Oskar” mükafatlandırma mərasimində “Ən yaxşı aktrisa” adı ilə təltif olunan Franses MakDormandın bu sevinci gözündə qalıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa aldığı nominasiyanın sevincini çox yaşaya bilməyib. Mükafatlandırma gecəsində restoranda çalışan Brayant adlı şəxs aktrisanın mükafatını oğurlayıb. Heykəli oğurlayan şəxs restoranın qapısından qaçarkən fotoqraf Antonio Diaz onun şübhəli davranışlarını görüb mühafizəçilərə xəbər verib.

Oğurluq cinayəti üstündə həbs edilən Brayantın Beyons, Kristen Stüart, Halle Berri kimi məşhurlarla fotoları da üzə çıxıb.

Heykəl Dormanda geri qaytarılıb.

Safurə Əlizadə yeni övladı ilə gəzintidə - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR